Rza KAYAALP: Bu sevgiyə qarşılıq olaraq, Türkiyə və Azərbaycan bayraqları ilə səhnəyə çıxdım

Türkiyənin yunan-Roma güləşçisi  Rza Kayaalp (130 kq) I Avropa Oyunlarında qalibiyyətini xüsusi jestlə Azərbaycan xalqı ilə bölüşüb. Əlində, Azərbaycan və Türkiyə bayraqları ilə səhnəyə çıxan güləşçinin bu addımını  azarkeşlər coşqu ilə qarşılayıblar.

Türkiyənin HaberTürk saytının əməkdaşı ilə təəssüratlarını bölüşən Rza Kayaalp  azərbaycanlı tamaşaçıların türk atletlərinə azarkeşliyindən və dəstəyindən məmnun olduğunu bildirib. “ Türkiyə olaraq, inanılmaz maraqla qarşılandıq. Doğrusu, ölkəmizdə  bu cür dəstək görməmişdik. Mən də bu sevgiyə qarşılıq olaraq, oyunun sonunda Türkiyə və Azərbaycan bayraqları ilə çıxdım. Gördüyümüz diqqət və sevgi qarşısında mənim etdiyim azdır. ”

Qeyd edək ki, Türkiyə güləşçisi  finalda Azərbaycan təmsilçisi Sabah Şəriəti ilə qarşılaşmada  3:1 hesabı ilə qələbə qazanmışdı.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında