“Bakı Avropa Oyunlarında velosipedçi və atletlər İspaniyaya iki qızıl medal qazandırdılar”

İlk Avropa Oyunları İspaniya mətbuatında da geniş işıqlandırılır. “www.20minutos.es” saytında ispaniyalı idmançıların əldə etdikləri uğurlar barədə məlumatlar verilir.

Velosiped idman yarışlarında aktivində artıq bürünc medal olan Luis Leon Sançesin son mübarizədə qızıl medal qazandığını vurğulayan saytın məlumatında həmçinin Sara Morenonun və Visente Llinin də qızıl medal aldıqları bildirilir. Kişilər arasında keçirilən su polosu yarışlarında da İspaniya komandasının gümüş medala layiq görüldüyü qeyd edilən məqalədə daha sonra kamandan oxatma və aerobika mübarizəsində ispaniyalı idmançıların bürünc medal qazandıqları qeyd olunur. 

Məqalənin sonunda İspaniyanın ilk Avropa Oyunlarında indiyədək 21 medal qazandığı barədə də məlumat verilir.

Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında