Nataşa VEQŞEİDER: Azərbaycanda gimnastikaya böyük diqqət göstərilir

“Birinci Avropa Oyunları doğrudan da çox əhəmiyyətlidir, idmanda bir yenilikdir və mən Avstriya komandası tərkibində bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm”. Bunu “Trend”ə Avstriyadan olan gimnast Nataşa Veqşeider deyib.

Veqşeider Azərbaycanın Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etdiyini bildirib: “Atletlər kəndində bizim üçün hər cür şərait yaradılıb. Gimnastika yarışlarının keçirildiyi Milli Gimnastika Arenası isə çox əladır, genişdir, özünü çox rahat hiss edirsən, mühit gözəldir, azarkeşlər səni dəstəkləyir və çox həvəslənirsən”.

Azərbaycanın güclü gimnastlarının olduğunu deyən N.Veqşeider bildirib ki, Azərbaycanda gimnastikaya böyük diqqət göstərilir: “Azərbaycanda gimnastikanın inkişafı üçün hər cür şərait yaradılıb və insanların da izdihamlı şəkildə gəlib yarışları izləməsi onlarda bu idmana olan böyük marağı göstərir”.

Bundan əvvəl də Azərbaycanda olduğunu deyən avstriyalı gimnast ölkəmizi çox bəyəndiyini bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında