Azərbaycan idman təşkilatçılığı sahəsində yüksək standartlar nümayiş etdirir

Azərbaycanda ilk Avropa Oyunlarına hazırlıq prosesinə start verildiyi gündən  ötən zaman məsafəsində görülən işlərin həcmi, sürəti və miqyası heyrətamizdir. Avropada ən tələbkar idman mütəxəssisləri bu barədə danışarkən öz heyrətlərini gizlətmir, gənc Azərbaycan dövlətinin “Bakı-2015” yarışlarını böyük uğurla keçirməklə, qitədə idman təşkilatçılığı sahəsində olduqca yüksək standartlar nümayiş etdirdiyini etiraf edirlər.

Təbii ki, birinci Avropa Oyunları başa çatdıqdan sonra, ilkin nəticələr, əldə olunan uğurlar, eləcə də  meydana çıxan çətinliklər ən çeşidli rakurslardan araşdıralaraq təhlil ediləcək.  Artıq bu gün görünən budur ki, Bakının ev sahibliyi etdiyi və qitədə ilk dəfə olaraq təşkil olunan Oyunlar ən yüksək səviyyədə alınıb! Bu uğur, ilk növbədə dövlətimizin başçısı, Prezident İlham Əliyevin son illər ölkəmizdə idmanın inkişafına davamlı olaraq göstərdiyi böyük qayğı və diqqətin nəticəsində mümkün olub.

Avropanın idman elitası etiraf edir ki, Azərbaycanın müdrik və xarizmatik lideri Prezident İlham Əliyev ölkəsinin insan resurslarının potensialını, intellektini, istedad və əzmkarlığını analoqu olmayan bir məharətlə səfərbər edə bilib. Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiras Kapralos həm də Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunları üzrə Təşkilat Komitəsinin rəhbəridir. O, jurnalistlərə müsahibələrində dəfələrlə vurğulayıb ki, Azərbaycan Prezidenti cənab  İlham Əliyevin idman təşkilatçılığı istiqamətində yüksək liderlik məziyyətləri yarışların yüksək səviyyədə keçirilməsi üçün vəzifə öhdəlikləri olan bütün məsul şəxslərə böyük stimul verir.

Yeri gəlmişkən, birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bir müddət əvvəl İsveçrədə rus dilində gündəlik internet nəşri kimi çox populyar olan “Naşa qazeta”nın çap əlavəsinə verdiyi müsahibəsində deyib ki, həyatda hər kəsin layiq olduğu qiyməti vermək lazımdır. Prezident İlham Əliyevin öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini xüsusi qeyd etmək lazımdır. O sadəcə “Biz bunu edəcəyik” yox, “Biz bunu 30 aya edəcəyik” dedi. Baxmayaraq ki, yay, yaxud qış olimpiya oyunlarına hazırlıq üçün normal müddət yeddi ildir.

Cənab S.Kleq həmçinin  vurğulayıb ki, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban  Əliyevanın rəhbərliyi ilə  Oyunların həyata keçirilməsinə məsul olan bütün komanda olduqca effektli fəaliyyət göstərir. Onun sözlərinə görə, kifayət qədər təcrübəyə malik olan bu komandaya həm xarici vətəndaşlar, həm də gənc, istedadlı azərbaycanlılar daxildirlər. Onların bir çoxu Qərbdə təhsil alıb və yeni biliklər qazanmaqda cani-dildən çalışırlar.

Bəli, bu gün Azərbaycan dünyaya bir vaxtlar ulu öndər Heydər Əliyevin tövsiyə etdiyi kimi, yalnız zəngin enerji sərvətləri  olan bir ölkə kimi deyil, həm də güclü intellektual potensiala sahib olan, ağıllı, işgüzar, təəssübkeş insanların Vətəni ilə açılır. Azərbaycan lideri bir neçə il bundan əvvəl Davosda “Biz neft kapitalını insan amilinə çevirəcəyik” deyəndə, yəqin ki, ölkəmizin məhz bugünkü sürətli inkişafının geniş üfüqlərini nəzərdə tuturdu.

Bir müdrik Şərq misalında deyilir ki, insan yalnız şərəfli bir ölkənin vətəndaşı olduğu zaman özünü tam xoşbəxt hesab edə bilər. Bu gün hər bir azərbaycanlını təkcə idman sahəsində deyil, ictimai-

siyasi həyatın bütün sahələrində tərəqqi və intibah yolunda sürətlə irəliləyən Azərbaycan adlı qüdrətli dövlətin vətəndaşı olması ilə fəxr etməyə mənəvi haqqı var!

Qabil YUSİFOĞLU,
Məsaim HACIXANLI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında