İndre QİRDAUSKAYTE: I Avropa Oyunlarında idmançılar üçün bütün şərait yaradılıb

Azərbaycan I Avropa Oyunları çərçivəsində idmançılar üçün bütün lazımi şəraiti yaradıb. “Trend”-in məlumatına əsasən, bu barədə jurnalistlərə I Avropa Oyunlarının iştirakçısı, Litvanın suya tullanma üzrə təmsilçisi İndre Qirdauskayte deyib.

Qirdauskayte Atletlər Kəndində idmançılar üçün yaradılmış şəraiti xüsusi qeyd edib: “Bütün yarışlarda olduğu kimi, adi mehmanxanada qalacağımızı gözləyirdim, lakin gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Hər şeyin bu qədər yaxşı təşkil ediləcəyini gözləmirdim. Bura gəlib yarışlarda iştirak etdiyim üçün çox şadam”.

İdmançı, həmçinin Bakı haqqında təəssüratlarını paylaşıb: “Bakı çox gözəl şəhərdir. Xüsusilə də paytaxtda gecə gəzintilərimiz yaddaqalan oldu. Heç qayıtmaq istəmirəm. Təəssüflər olsun ki, çox az gəzib gördük. Ümid edirəm ki, burada yenə yarışlar təşkil ediləcək və mən Bakı ilə daha yaxından tanış ola biləcəyəm”.

İ.Qirdauskaytenin sözlərinə görə, I Avropa Oyunlarında nəticələri ümidləri doğrultmasa da, bu yarışlarda iştirak etmək müəyyən təcrübə qazanmaq üçün ilk imkan olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında