Petar VELKİC: I Avropa Oyunlarında heç bir çatışmazlıqla üzləşmirik

“Bakı-2015” ilk Avropa Oyunlarında heç bir çatışmazlıqla üzləşmirik. Hər şey mükəmməldir. Bütün idman arenaları beynəlxalq standartlara tam cavab verir. Bu arenalarda idmançılar rahat məşq edir, yarışırlar. Atletlər kəndində də hər cür şərait yaradılıb, bütün incəliklər nəzərə alınıb.

Bu fikirləri su polosu yarışlarında qızıl medal qazanmış Serbiya millisinin kapitanı Petar Velkic AZƏRTAC-a müsahibəsində söyləyib.

Petar Velkic idmançıların rahatlığı ilə yanaşı, təhlükəsizliyinin də tam təmin edildiyini deyib, yaradılan yüksək səviyyəli şəraitin Oyunlara hərtərəfli hazırlıq işlərinin aparılmasının nəticəsi olduğunu diqqətə çatdırıb. 

Serbiyalı idmançı Azərbaycanda insanların səmimi münasibətindən, könüllülərin fəaliyyətindən də çox razı qaldıqlarını vurğulayıb. O, Avropa Oyunları kimi mötəbər idman tədbirində qızıl medal qazanmaqdan qürur duyduqlarını bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında