Patimat ABAKAROVA: Bu medal mənim üçün çox əhəmiyyətlidir

“Bu medal mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Avropa Oyunlarında medal əldə etməyi, təbii ki, gözləyirdim. ”  Bu fikirləri I Avropa Oyunlarında bürünc medal qazanmış gənc taekvondoçu Patimat Abakarova  “Xalq qəzeti”nə açıqlamasında bildirdi.

Azərbaycan Milli Olimpiya Komitəsinin “Bakı-2015”in qalibləri və mükafatçıları olan idmançılarımızın şərəfinə təşkil etdiyi “Zəfər günləri”nin növbəti təqdimat mərasimində iştirak edən iyirmi yaşlı  idmançı  Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini vurğuladı. İdmana marağından danışan Patimat Abakarova qeyd etdi ki, bu sahəyə  həvəsi uşaqlıqdan yaranıb. “Uşaqlıqda qızlardan çox, oğlanlarla oynayırdım. İdmana həvəs erkən yaşlarımdan yaranıb.  Bu yarışda çox insan məndən qızıl medal gözləyirdi. Lakin, qismət bürünc oldu. Bundan sonra oyunlarımı təhlil edəcəm, buraxdığım  səhvləri aradan qaldırmağa çalışacam. Məni dəstəkləyən insanlara, Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə, cənab Prezident İlham Əliyevə təşəkkür edirəm.”

Patimat Abakarovanın  gənc və perspektivli idmançı kimi  uğurları hələ qabaqdadır.  I Avropa Oyunlarında güclü atletlər arasında mübarizə nəticəsində qazandığı bürünc medal onun digər beynəlxalq yarışlarda daha böyük nailiyyət qazanması üçün stimul olacaq.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında