Taekvondo üzrə millimiz qeyri-rəsmi komanda hesabında birinci yeri tutub

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Bakı-2015” çərçivəsində keçirilən taekvondo yarışları başa çatıb. İlk Avropa Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medalla tarixi nəticə qazanan taekvondo üzrə millimiz qeyri-rəsmi komanda hesabında birinci yeri tutub.

Azərbaycan Taekvondo Federasiyasında (ATF) Avropa Oyunlarında uğurla çıxış edərək mükafat qazanan taekvondo üzrə milli komandamızın üzvləri ilə görüş keçirilib.

Tədbirdə ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, milli komandanın məşqçiləri və idmançılar iştirak ediblər.

Federasiya rəsmiləri ilk Avropa Oyunlarında təmsil olunan taekvondoçularımızın çıxışını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin, eləcə də Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın idmançılarımıza dəstək olaraq yarışları izləmələri taekvondoçularımıza böyük stimul verib. N.Səfərov milli komandamızın 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında da uğurlu çıxış edəcəklərinə inandığını deyib.

Milli komandanın baş məşqçiləri də idmançıların çıxışını yüksək qiymətləndiriblər. Məşqçilər Avropa Oyunlarından sonra digər mötəbər turnirlərdə də taekvondoçularımızın yüksək nəticələr qazanacaqlarına əminliklərini ifadə ediblər.

Xatırladaq ki, “Bakı-2015”də 5 medal qazanan taekvondo millimizin aktivinə qızıl medalları Ayxan Tağızadə, Milad Beiqi Harçeqani və Radik İsayev yazıblar. Fəridə Əzizova gümüş, Patimat Abakarova isə bürünc medala layiq görülüblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında