Azərbaycan gimnastı “Bakı-2015” I Avropa Oyunlarında gümüş medal qazanıb

Milli Gimnastika Arenasında idman gimnastikasının çoxnövçülük yarışlarında iki hərəkət üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Gimnastika atında hərəkətlərdə Azərbaycan təmsilçisi Oleq Stepko (14,600) gümüş medala sahib olub. Qızıl medalı sloveniyalı Saso Bertoncej (14,966), bürünc medalı isə ingiltərəli Brin Bevan (14,200)  əldə edib.

Sərbəst hərəkətlərdə ispaniyalı Zapata Santana (15,333) ən yüksək nəticə göstərərək qalib olub. Almaniyalı Fabian Hamburken (15,100) ikinci olub, rusiyalı David Belavski (15,000) üçüncü yerə layiq görülüb.

Qadınlar arasında dayaqla tullanma hərəkətlərdə isə qızıl medal isveçrəli Guliya Stengburgerə (14,999) nəsib olub. Gümüş medalı rusiyalı Seda Tutkalyan (14,683), bürünc medalı isə Niderland gimnastı Lisa Top (14,016) qazanıb.

Qaliblərə medalları “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

Qızıl medal qazanmış ölkələrin himni səsləndirilib, dövlət bayraqları ucaldılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında