“Azərbaycan planetin ən ekzotik yerlərindən biridir”

Portuqaliyanın record.xl.pt saytında Azərbaycanla bağlı məqalə dərc olunub.

APA-nın məlumatına görə, Azərbaycan planetin ən ekzotik yerlərindən biri kimi xarakterizə olunub.

Sayta müsahibə verən portuqaliyalı velosipedçi Edqar Pinto Bakı haqqında xoş sözlər söyləyib. O, Bakını Dubayla müqayisə edib: “Dubay kimi Bakının da nefti çoxdur. Digər bənzərliklər də var. Bizim yerləşdiyimiz Atletlər Kəndindəki evlər ərəb stilində inşa olunub. Sadəcə Dubaydakı binalar daha böyükdür”.

E. Pinto Bakıda iştirak etdiyi velosiped yarışlarından da danışıb. O, mübarizənin gərgin olacağını, uğur qazanmağa çalışacaqlarını bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında