“Ukraynanın ilk qəhrəmanları”

Xarici ölkə mediasında ilk Avropa Oyunlarının geniş işıqlandırılması prosesi davam edir. Böyük heyətlə Oyunlara qatılmış Ukraynanın mətbuat orqanları da yarışlar haqqında geniş məlumat verirlər. “Unian.net” informasiya agentliyində yerləşdirilən çoxsaylı məqalələrin birində də ukraynalı idmançıların uğurları ilə yanaşı, fikirlərinə də yer ayrılır.

“Unian.net” saytı yazır ki, Avropa qitəsinin tarixində ilk dəfə Bakıda keçirilən Oyunlarda güləş hər üç növdə - kişilər arasında sərbəst və yunan-Roma güləşi, eləcə də qadın güləşi də təmsil olunur. Bundan başqa, bu Oyunlarda, prinsipcə, təkbətək döyüş növlərinə böyük diqqət ayrılır. Belə ki, güləşdən başqa burada həmçinin taekvondo, cüdo, boks və qeyri-olimpiya oyunları olan sambo və karate yarışları da keçirilir. Təkbətək döyüş növlərində güclü idmançılar istirak edirlər ki, bu da Avropa Oyunlarında qazanılan medalların nüfuzunu avtomatik olaraq yüksəldir.

Məqalədə ilk Avropa Oyunlarında ölkəsinə ilk qızıl medal qazandırmış idmançı Alina Stadnik-Maxinyanın çıxışı barədə məlumat verilir. Xanım güləşçinin Kiyevə qayıtmasından sonra yerli mətbuata açıqladığı fikirlərə yer ayrılır: “Bu, çox çətin turnir idi. Məsuliyyət hissi, tarixdə ilk Oyunların əhəmiyyəti...Çox nadir hallarda belə emosiyalar keçirir və belə psixoloji təzyiqlə üzləşirsən. Yəqin ki, bunu yalnız Olimpiada ilə müqayisə etmək olar. Axı, dünya və Avropa çempionatları hər il, Olimpiada isə dörd ildən bir keçirilir. Bu Oyunlar isə, ümumiyyətlə, ilk dəfədir baş tutur...”.

Alina həmçinin bildirir: “Bu turnirdə zəif rəqib yox idi. Bütün görüşlər çox çətin keçirdi. Məsələn, 1/8 final qarşılaşmasında ilk görüş mənim üçün çox vacib idi, axı, çıxışını necə başlayırsansa, eləcə də başa vuracaqsan”.

Sayt ukraynalı idmançının final görüşü barədə təəssüratlarına da toxunur: “İsraildən olan rəqib güclü idmançı idi. Bununla belə, ona qalib gəlmək mənə müyəssər oldu. Final günündə güclü dəstək hiss etdim və buna görə də məşqçilərə, bütün nümayəndə heyətinə minnətdarlığımı bildirirəm”. Alina birinci Avropa Oyunlarında Ukraynanın ilk qızıl medal qazanmış idmançısı olmaqdan böyük qürur duyduğunu da  jurnalistlərə açıqladığı vurğulanır.

Məqalədə ilk Avropa Oyunlarında uğur qazanmış Ukraynanın digər idmançıları barədə də məlumat verilir, ölkənin yekun nəticələrinin mühüm olacağı vurğulanır: “Güləşçilərin Bakıdakı uğurları, çox güman ki, Avropa Oyunlarının yekunlarına görə komandamızın daxılına xeyli xal əlavə edəcək”.

Hazırladı:
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında