Yelena PONOMARENKO: Nizami Gəncəvinin adı ilə bağlı olan Azərbaycan tarixi şahanə səslənirdi

Azərbaycanda keçirilən birinci Avropa Oyunları ilə bağlı əcnəbi vətəndaşların, ictimai-siyasi xadimlərin, elm nümayəndələrinin yüksək fikirləri davam edir. Bu dəfə Ukraynada fəaliyyət göstərən Karyera Təhsil Mərkəzinin rəhbəri, Çerniqov Dövlət Universitetinin dosenti, analitik Yelena Ponomarenko redaksiyamıza fikirlərini bildirib:

– İlk Avropa Oyunları xüsusi təmtəraqla başladı. Bakı Olimpiya stadionunda baş tutan bu möhtəşəm açılış hətta bütün gözləntiləri də geridə qoydu. Mərkəzi stadionun arenası nəhəng karuselə döndükdə və göz önündə nağıl qəhrəmanlarının siluetləri göründükdə, dahi şair Nizami Gəncəvinin adı ilə bağlı olan Azərbaycan tarixi şahanə səslənirdi. Avropanın elm mərkəzlərinin nümayişi, Azərbaycan milli musiqisi, muğamının təqdimatı əsrarəngiz idi. Dünyanın məşhur müğənnisi Ledi Qaqanın ifasında əfsanəvi “Beatles” qrupunun yaradıcısı Con Lennonun “İmagine” mahnısını dinləməyə dəyərdi. Tərtibat və təqdimat hamısı bir seyrçi kimi şəxsən məni cəlb etdi və bütün bunlara görə təşkilatçıların işini yüksək qiymətləndiririk. Çox fərqli bir açılış mərasimi idi. Azərbaycan bu çətin işi mükəmməl bacardı. 

Müxtəlif ölkələri təmsil edən idmançıların keçidi də möhtəşəm idi. Əlbəttə ki, Ukrayna yığmasını da onların arasında qeyd etmək istərdim. Biz böyük idmançı kontingenti ilə Oyunlara qatılmışıq. Əminəm ki, medalların sayına görə Ukrayna qabaqcıl yerlərdən birini tutacaq. İzləyirəm və Azərbaycan idmançılarının uğurlu çıxışlarını da görürəm. Ukraynanı dəstəkləyirik. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!  Yaşasın Ukrayna-Azərbaycan dostluğu və həmrəyliyi! 

Hazırladı:
Anar TURAN
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında