I Avropa Oyunları Türkiyə mediasının diqqət mərkəzində qalmaqda davam edir

“Bakı-2015” ilk Avropa Oyunları Türkiyə mediasının əsas mövzularından biri olmaqda davam edir.

Türkiyə jurnalistləri idmansevərlərə yarışların qaliblərinin, məşqçilərin və idman klublarına rəhbərlik edən şəxslərin Avropa Oyunlarının təşkili, gedişi, eləcə də Azərbaycan haqqında təəssüratlarına dair maraqlı məlumatlar təqdim edirlər. Anadolu və Doğan xəbər agentlikləri Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Həsən Aratın ilk Avropa Oyunları barədə fikir və mülahizələrini yayıb.

Taekvondonun 67 kiloqramdan aşağı çəki dərəcəsində qadınların bürünc medal yarışlarında türkiyəli Nur Tatarın fransalı idmançı Habu Niareni 8:7 hesabı ilə məğlub edərək ilk bürünc medal qazanması qardaş ölkənin mətbuatında ilk Avropa Oyunları barədə silsilə yazılar yazılmasına daha bir təkan verib.

Əsas media manşetlərindən biri isə “Sabah” qəzetinin “İdman” bölməsindəki “Bakı dünən” rubrikası altında ilk Avropa Oyunlarındakı nəticələrə dair gündəlik məlumatlardır. Bundan başqa, “Hürriyyət” və “Yeni şəfəq” kimi nüfuzlu qəzetlərin səhifələrində də yarışlarla bağlı maraqlı məlumatlar və idman şərhləri yer alır.

Türkiyənin televiziya kanalları da Avropa Oyunları çərçivəsində keçirilən müxtəlif yarışları əhatə edən canlı yayımlar və maraqlı reportajlar verir.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında