Cavanşir FEYZİYEV: Avropa Oyunlarını işıqlandıran xarici jurnalistlər Azərbaycan barədə pozitiv imic yaradırlar

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev qəzetimiz üçün açıqlamasında bildirdi ki, həm ölkənin kütləvi informasiya vasitələri, həm də xarici jurnalistlər Avropa Oyunlarının gedişini, onunla bağlı çeşidli tədbirləri öz auditoriyalarına geniş, yüksək səviyyədə təqdim edirlər.

Beləliklə, Avropa Oyunlarını işıqlandıran xarici jurnalistlər öz ölkələrində Azərbaycan barədə  pozitiv imic yaradırlar. Amma bununla kifayətlənmək olmaz. İki həftə ərzində ölkədə yüzlərlə xarici jurnalistin olması kimi nadir imkandan istifadə edərək, onlara Azərbaycan həqiqətlərinin geniş spektrini çatdırmağa çalışırıq. İstədiyimiz odur ki, xarici medianın Bakıda olmuş təmsilçiləri yarışlar bitəndən sonra da ölkəmiz barədə yazmaqda, danışmaqda, göstərməkdə davam etsinlər.

Bu məqsədə çatmaq üçün hər bir soydaşımız, xüsusən, bizim jurnalistlər öz həmkarları ilə görüşləri, təmasları qarşıdakı günlərdə də davam etdirməli, həmkarlarına lazımi materiallar toplamaqda yardımçı olmalıdırlar. Oyunların keçiriləcəyi müddətdə yerli jurnalistlərin belə fürsət və imkanları az olmayacaq. Bu onların şəxsi təşəbbüskarlığından da çox asılıdır. Hər bir mətbuat orqanının işçisi çalışmalıdır ki, onun və təmsil etdiyi redaksiyanın heç olmasa bir xarici jurnalistlə yaradıcı əlaqəsini qursun.

Cavanşir Feyziyev açıqlamasının davamında söylədi ki, hər fürsət düşəndə, xüsusən, asudə vaxtlarda, kütləvi tədbirlərdə jurnalistlərimiz xarici həmkarları ilə, hətta müsahib olduqları idmançı və turistlərlə şəxsi müstəvidə də əlaqə qurmalı, təkcə onların fikirlərini öyrənməməli, həm də öz mülahizələrini ortaya qoymalı, Azərbaycan həqiqətlərinə inam yaratmalıdırlar.

Bu qədər xarici jurnalistin Bakıda olmasından istifadə edərək jurnalistlər Azərbaycan haqda layiqli imic yaratmaq, yaxud mövcud təsəvvürü daha da yaxşılaşdırmaq üçün xarici həmkarları ilə dostlaşmalı, onlarla uzunmüddətli əməkdaşlıq üçün zəmin yaratmalıdırlar.  İnanıram ki, öz peşəsini sevən jurnalist bu fürsətdən kifayət qədər yararlanacaq.

Yarışlardan əvvəlki dövrdə Azərbaycan haqda xarici mətbuatda həm pozitiv, həm də ara-sıra neqativ məzmunlu yazılar gedirdi. Möhtəşəm açılış mərasiminin canlı translyasiyasından və yüksək səviyyədə keçirilən yarışmalar barədə geniş informasiya yayımından sonra isə xarici KİV-də pozitiv yazılar üstünlük təşkil edir. Hərdən qərəzli yazılar da olur. Bu isə ölkəmizin uğurlarına qısqanclıq edən dairələrin sifarişlərinin yerinə yetirilməsi kimi təzahür edir, həqiqəti əks etdirmədiyinə görə açıq- aşkar böhtan, qarayaxma təsiri bağışlayır.

O ki qaldı bugünlərdə Azərbaycanda olub hər şeyi öz gözləri ilə görənlərə, onlar bu vaxtadək ölkəmiz barədə rastlaşdıqları neqativ materiallarda iddia olunanların tam əksini gördüklərini etiraf edirlər. İlk dəfə qonaq gələn üçün Azərbaycan sirli bir ölkə olsa da, çox keçmədən o, hər şeyin ürəyincə olduğunu görür, sivil inkişafa, demokratik ab- havaya heyran qalır. Məlum olur ki, bu vaxta qədərki “sirr pərdəsi” Azərbaycana nabələdlikdən başqa bir şey deyilmiş. Xarici vətəndaşlar ölkəmizdə olduqları müddətdə çox seyləri, həmçinin Azərbaycandakı açıq cəmiyyətin mövcudluğunu öz gözləri ilə görürlər. Bu da onların Azərbaycan barədə təsəvvürlərində ciddi dəyişikliyə səbəb olur.

Mətbuat Şurasının deputat komissiya sədri Cavanşir Feyziyev sonda bildirdi:

– Avropa Oyunlarının Azərbaycanı kürəsəl miqyasda, kosmik yüksəklikdən, əlvan spektrdə dünyaya təqdim etmək yönündə yaratdığı yeni əsasları möhkəmləndirmək üçün bundan sonra  maksimum dərəcədə çalışmalıyıq. Səmərəli təmaslarımız yalnız Oyunlar müddəti ilə  məhdudlaşmamalı, bu münasibətlər sonrakı dövrlərdə də davam etməlidir. Bunun üçün birinci Avropa Oyunları bitdikdən sonra Azərbaycan Mətbuat Şurasının  keçirəcəyi geniş görüşdə xarici jurnalistlərlə əməkdaşlığın davam etdirilməsi yollarını müəyyənləşdirəcəyik.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında