Keti TEYLOR: Bakıda tarix yazmaq üçün gözəl imkan var

Dünyaca məşhur qadın boksçu irlandiyalı Keti Teylor birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda rinqə çıxmağa hazırlaşır.

İrlandiyanın “irishtimes.com” xəbər portalına müsahibəsində Keti Teylor Bakıda tarix yazmaq üçün gözəl imkanın olduğunu vurğulayaraq deyib: “Biz hamımız qızıl medal qazanmaq üçün Bakıdayıq. Lakin sadəcə bir nəfər buna nail olacaq və istəyirəm ki, bu şəxs mən olum. Bütün zamanların ən yaxşı qadın boksçusu adına iddialıyam”.

Beşqat dünya çempionu, 6 dəfə Avropa çempionatının qalibi olan K.Teylor “London-2012” Yay Olimpiya Oyunlarında da rəqib tanımayaraq qızıl medala sahib çıxıb. 28 yaşlı dəri əlcək sahibinin karyerasını müxtəlif turnirlərin 17 çempionluq titulu bəzəyir və bu göstərici onu qadın boksunun ən uğurlu idmançısına çevirib. Avropanın idman tarixində ilk dəfə keçiriləcək Oyunlarda da qızıl medal qazanmaqla irlandiyalı boksçu bir daha ən güclü olduğunu sübut etmək niyyətindədir.

Xatırladaq ki, birinci Avropa Oyunlarının beynəlxalq atlet elçisi Keti Teylor açılış mərasimində İrlandiya komandasının bayraqdarı olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında