Avropa Oyunlarının VIII günündə 11 dəst medalın sahibi müəyyənləşib

İlk 8 gündən sonra Azərbaycan 13 qızıl, 5 gümüş, 12 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub

“Bakı-2015” I Avropa Oyunlarının VIII günündə 11 dəst medalın sahibi müəyyənləşib.  Apasport.az saytının məlumatına görə, bu gün hesabına 1 mükafat əlavə edən Azərbaycan yığmasının aktivindəki medalların sayı 30-a çatıb.

İlk 8 gündən sonra Azərbaycan 13 qızıl, 5 gümüş, 12 bürünc medalla komanda hesabında 2-ci pillədəki mövqeyini qoruyub.

Ötən 8 günün lideri Rusiyadır. 8-ci gün 9 medal əldə edən şimal qonşularımız izləyiciləri ilə fərqi bir qədər də artırıb. Hesabında 49 mükafat olan rusiyalıların medallarından 27-si qızıl, 12-si gümüş, 10-u bürüncdür. Hesabında 7 qızıl, 2 gümüş və 5 bürünc olan Macarıstan millisi 14 medalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, “Bakı-2015”-in ilk 8 günündə ümumilikdə 326 - 98 qızıl, 98 gümüş, 130 bürünc medalın sahibi müəyyənləşib. 37 ölkə təmsilçisi medal qazanıb ki, onlardan 21-i çempionluq sevinci yaşayıb.

Dünən IX günün yarışları keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında