Alina-Stadnik Maxinya: Yarışların təşkili məni valeh etdi

İlk Avropa Oyunlarının ilk ukraynalı çempionu, sərbəst üsulla güləşən Alina-Stadnik Maxinya (69 kq) öz ölkəsinin Milli Olimpiya Komitəsinin saytına müsahibəsində yarışların təşkilinə heyran qaldığını, qələbəsinə görə isə sevincinin hədsiz olduğunu bildirmişdir:

– Xoşbəxtəm ki, komandamızın qızıl medallarının hesabını açdım. Bundan başqa, mənim üçün fərəhli haldır ki, ilk Avropa Oyunlarında ilk ukraynalı çempionam.

Avropa Oyunlarının açılış mərasimi məni xüsusilə valeh etdi! Mən heç vaxt belə bir mərasim görməmişdim. Fantastik tamaşa idi!

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında