Alan ADAMS: Azərbaycan Avropanın inkişaf etmiş ölkəsidir

I Avropa Oyunları ilə əlaqədar respublikamıza idmançılarla bərabər dünyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də gəliblər. Onlar yaradılmış şəraitdən və qonaqpərvərlikdən razılıqla danışırlar.  Kanadadan gəlmiş news team supervisitor ( xəbərlər qrupu nəzarətçisi) Alan Adamsla görüşümüz zamanı ilk sualımız kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaradılmış şərait barədə oldu.

Kanadalı həmkarımız bu vaxta qədər dünyanın bir sıra ölkələrində keçirilən yarışlarda iştirak etdiyini bildirdi. Dedi ki, Azərbaycanda gördüyü şərait, insanların mehribanlığı, qonaqpərvərliyi, şəhərdəki bolluq, yüksək keyfiyyətli ərzaq məhsulları, təmizlik çox yaxşıdır: “Bütün bunları gördükcə fikirləşirəm ki, birinci Avropa Oyunları ilk dəfə hansı ölkədə keçirilsəydi, Azərbaycanda olduğu qədər yüksək səviyyədə təşkil oluna bilməzdi. Bütün işlər sanki zərgər dəqiqliyi ilə ölçülüb-biçilib. Yarış iştirakçılarının, turistləri, həmçinin media nümayəndələrinin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunub. Mətbuat işçiləri üçün isə deyərdim ki, əla şərait yaradılıb. Mən bu vaxta qədər olduğum ölkələrdə media əməkdaşlarına belə yüksək səviyyəli şəraitin yaradılmasının şahidi olmamışam”.

A.Adams qeyd etdi ki, Bakı ilə, yerli sakinlərlə yaxından tanış olduqca, məndə belə bir təəssürat yaranıb ki, əslində, Azərbaycanda qonaqların təhlükəsizliyinin təmin olunmasına ehtiyac yoxdur: “Çünki insanlar çox mehriban və səmimidir. Görürsünüzmü, mən şəhərdə  sərbəst gəzirəm. Hara gedirəmsə, hörmət görürəm. Çətinliklə qarşılaşanda rastıma çıxan hər şəxsdən kömək göstərməsini xahiş edirəm. Mehribancasına və səmimiyyətlə kömək edirlər. Azərbaycanda yaradılan belə ideal şəraiti, təbii ki, gözü götürməyənlər olar. Onların da sayı çox olmaz”.

Kanadalı qonaq birinci Avropa Oyunlarının Olimpiya Oyunlarından heç də əskik olmadığını bildirdi: “Sadəcə olaraq, coğrafiyasına görə bunu Olimpiya Oyunları adlandırmaq olmaz. Ancaq bu idman tədbiri heç də Olimpiadadan əskik deyil. Ölkənizdə olduğum müddətdə gördüklərim isə bunu cəsarətlə deməyə əsas verir: Azərbaycan Avropanın inkişaf etmiş ölkəsidir”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında