Çingiz HÜSEYNZADƏ: Azərbaycan idmançılarının indiyədək qazandıqları nəticələr böyük uğurdur

Bakıda keçirilən birinci Avropa Oyunlarının başa çatmasına artıq cəmi bir həftə vaxt qalır. Ötən müddət ərzində Azərbaycan idmançıları kifayət qədər uğurlu nəticələr əldə ediblər. İdmançılarımızın indiyədək müxtəlif idman növləri üzrə yarışlarda qazandıqları təkcə qızıl medalların sayı 14-ə çatıb. Əksər hallarda bu ən yüksək mükafatı qələbə qazanmış idmançıya ya Prezident İlham Əliyev, ya da birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, ölkəmizin birinci xanımı Mehriban Əliyeva təqdim edib. Bu isə, əlbəttə, bir tərəfdən ölkədə idmana və idmançıya dövlət qayğısı və dəstəyinin, digər tərəfdən isə idmançılarımızın bu qayğı və dəstəyə layiqli cavabının göstəricisidir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də idmançılarımızın göstərdikləri nəticələrdən razıdır: “Birinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının bu günədək qazandıqları nəticələri böyük uğur kimi qiymətləndiririk. İnanırıq ki, uğurlarımız bundan sonra daha çox olacaq. Müxtəlif idman növləri üzrə yarışlarda böyük əzmlə, var qüvvələri ilə mübarizə aparan bu gənclərimizə baxanda adam ürəklə demək istəyir: Eşq olsun Azərbaycan idmançılarına! Eşq olsun Azərbaycan xalqına!”

Azərbaycan Prezidenti cənab İlham Əliyev, eləcə də birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva daim bu  idmançılara qayğı və diqqət göstəriblər. “Bilirsiniz ki, onlar həmişə idmanla bağlı olublar. Cənab İlham Əliyev Olimpiya Komitəsinin prezidentidir, Mehriban xanım isə İcraiyyə Komitəsinin üzvü, Milli Gimnastika Federasiyasının prezidentidir. Yəni, Azərbaycanda idman hərəkatı bu insanlar üçün doğmadır. Artıq bütün ölkə və bütün dünya da gördü ki, Azərbaycanın bu iki görkəmli şəxsiyyəti birinci Avropa Oyunlarının təşkili və keçirilməsində müstəsna xidmətlər göstəriblər. Elə hər gün ayrı-ayrı idman növləri üzrə yarışlarda da onları görmək mümkündür. Hər bir Azərbaycan idmançısının qələbəsi onların sevincidir”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında