Firdovsi UMUDOV: İdmançılarımız I Avropa Oyunlarında möhtəşəm uğurlar qazanıblar

Azərbaycan idmançıları birinci Avropa Oyunları çərçivəsində keçirilən yarışlarda bu günədək yaxşı nəticələr göstəriblər. İyunun 19-na olan məlumata görə, idmançılarımız müxtəlif idman növləri üzrə yarışlarda 12 qızıl, ümumilikdə isə 29 medal qazanıblar. Bu nəticələr ölkənin idman mütəxəssisləri tərəfindən də razılıqla qarşılanır. Güləş üzrə milli yığmamızın məşqçisi Firdovsi Umudov güləşçilərimizin qazandıqları nəticələrdən razılıqla söz açıdı:

– Bizim qələbəmiz ən əvvəl onda oldu ki, birinci Avropa Oyunları Azərbaycanda keçirildi, və hörmətli Prezidentimiz İlham Əliyevin ailə üzvləri ilə birlikdə idmançılarımızın yanında olması onlara böyük stimul verdi. İndiyədək bütün idman növlərində çıxış edən idmançılarımız çox möhtəşəm uğurlar qazandılar. Təkcə güləşçilərimiz indiyədək 15 medal əldə edib ki, bu da əlbəttə, cənab Prezidentimizin idmana və idmançılara göstərdiyi diqqət və qayğının nəticəsidir.

8 çəki dərəcəsində çıxış edən güləşçilərimizin hamısı medallar uğrunda əzmlə mübarizə apardılar. Toğrul Əsgərov və Xetaq Qazyumov qızıl medal qazandılar. Cəbrayıl Həsənov və Yaşar Əliyev bürünc medal uğrunda mübarizə apardılar. Başqa idmançılarımız da bürünc medal uğrunda mübarizə apardılar. Erməni idmançısını məğlubiyyətə uğrada bildik. Hacı Əliyev güclü rəqiblərlə yarışdı. Səhhətində problemlər olsa da, Toğrul Əsgərov keçirdiyi bütün 5 görüşdə ustalıq göstərdi və çox möhtəşəm qələbə qazandı. Bütün idmançılarımız əzmkarlıq göstərdi. 

Bu qələbələr bir məşqçi kimi məni də çox sevindirir. İki aydan sonra bizi ABŞ-da dünya çempionatı gözləyir, bu, Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatıdır. Bir neçə gündən sonra təlim-məşq toplantılarımıza başlayacağıq, və dünya çempionatına hazırlaşıb orada uğurlu nəticələr qazanmalıyıq. 

İndi buraxılmış səhvləri ciddi təhlil edəcəyik ki, gələcəkdə onları aradan götürə bilək, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən bizə göstərilən etimadı doğruldaq.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında