“Azərbaycan: İdman diqqət mərkəzindədir”

Fransanın məşhur idman saytında (/http://www.francsjeux.com/2015/06/08/lazerbaidjan-sexpose-a-paris/20175/) Parisdə keçirilən, “Bakı - 2015" I Avropa Oyunlarına həsr olunmuş  fotosərgi haqqında məlumat yerləşdirilib. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, yazıda deyilir:

 “Azərbaycan: İdman diqqət mərkəzindədir" adlı fotosərgi artıq bir neçə aydır ki, Avropanı gəzib-dolaşmaqdadır. Hazırda o Parisdə, “Charlety” stadionunun yaxınlığında, CNOF qərargahının geniş dəhlizində sərgilənir.

 Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, sərgiyə daxil olan 65 fotoşəkil Azərbaycan idmanının nə dərəcədə geniş əhatəli və çoxşahəli olduğunu nümayiş etdirir. Bu fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi beynəlxalq müsabiqədən sonra seçilib.

 Müsabiqədə peşəkar və həvəskar fotoqrafların iştirakı nəzərdə tutulmuşdu. Ümumilikdə, 50 fotoqrafın çəkdiyi 300-dən artıq fotoşəkil daxil olub. Münsiflər heyəti fotoqrafiyanın məşhur simalarından ibarət idi: VII fotoqrafiya agentliyinin həmtəsisçisi amerikalı Ed-Kashi, portret mütəxəssisi almaniyalı Filipp Ratmer və təbiət və portret fotoşəkilləri ilə bir çox mükafata layiq bilinmiş azərbaycanlı Ağdəs Bağırzadə.

 Seçim geniş və çətin olub. Qızğın müzakirələrdən sonra münsiflər heyəti üç qalib müəyyənləşdirib. Onların adları fevralın 27-də Londonda OXO Qalereyasında keçirilən sərginin açılışında elan edilib. Azərbaycanlı peşəkar fotoqraf Dilavər Nəcəfovun çəkdiyi  “Zirvəyə doğru” fotoşəkili müsabiqənin qalibi seçilib. Bu fotoşəkildə 2008-ci il Pekin Olimpiadasında bədii gimnastika üzrə mütəxəssis əks olunub. İkinci yerə fransız fotoqrafı Pol Robion layiq görülüb. O, Rio de Janeironun “İpanema Beach” çimərliyində çəkdiyi futbolçuların fotoşəkilini təqdim edib. Üçüncü mükafat isə azərbaycanlı Rüfət Abbasa verilib. Onun təqdim etdiyi işdə yürüşdən bir neçə dəqiqə qabaq çəkilmiş avtomobil sürücüsü əks olunub. Fotoşəkil “Yekun təlimatlar” adlanır".

 Fotomüsabiqənin, onun qaliblərinin və sərginin video təqdimatlarına Avropa Azərbaycan Cəmiyyətinin  saytında (www.teas.eu) 2015 Avropa Oyunlarına həsr olunmuş bölmədə baxmaq olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında