“Busato karatedə gümüş medal qazandı”

İtaliyanın daha bir tanınmış qəzeti olan “Tempo”da ilk Avropa Oyunları ilə bağlı məqalə verilib. Məqalədə italiyalı karateçi Mattia Busatonun çıxışından bəhs olunur.

Qəzet yazır ki, karate idman növü üzrə yarışlar Bakının “Crystal Hall” sarayında keçirilir. Burada mübarizəyə qoşulan italiyalı karateçilər də medal qazanmağa çalışırlar. İtaliyalı karateçilərin apardıqları mübarizə haqqında məlumat verən “Tempo” yarımfinala ancaq Mattia Busatonun vəsiqə qazandığını vurğulayır. Qəzet ölkəsinə gümüş medalı qazandırmış M.Busatonun çıxışı haqqında dediyi sözlərə də yer ayırır.

“Tempo” qəzeti əlavə edir ki, ilk Avropa Oyunlarının təcrübəsi “Roma-2024” Olimpiya Oyunlarının keçirilməsi işində İtaliyaya kömək ola bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında