İtaliya millisinin debütü

İlk Avropa Oyunları İtaliya mətbuatında geniş işıqlandırılır. “Figs” idman saytında Bakıda keçirilən çimərlik futbolu yarışlarından bəhs olunur.

“Figs” yazır ki, İtaliyanın çimərlik futbolu üzrə milli komandası iyunun 22-də tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana səfərə yollanacaq.  Massimiliano Espositonun rəhbərliyi altında komandanın iyunun 24-dən 28-dək keçiriləcək oyunlarda uğurlu nəticə əldə edəcəyinə ümid bəsləndiyi vurğulanır. Məqalədə İtaliya yığmasının iyun ayının 24-də İspaniya komandası ilə qarşılaşacağı da bildirilir.

Sayt İtaliya milli komandasının baş məşqçisi Massimiliano Espositonun qarşıdakı oyunlar barədə fikirlərinə yer ayırır: “Mən ümid edirəm ki, bu yarışda güclü komandalara qarşı mübarizə aparmaları üçün gənc futbolçulara psixoloji sakitlik təlqin edə biləcəyəm. İlk Avropa Oyunları nadir hadisədir və mühüm əhəmiyyət  kəsb edir, bu idman növünün tarixində qalmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Milli komandanın kapitanı Francesko Korosiniti isə sayta fikirlərini belə açıqlayır: “Həyəcanımız  böyükdür və belə tədbirdə iştirak edəcəyimizə görə çox şadıq. Rusiyalılar bu sahədə dünyada güclü və yarışın favoriti hesab olunurlar. Ancaq İtaliya da ciddi mübarizə aparacaq və məqsədimiz Vətənə medal ilə qayıtmaqdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında