Bundan pis başlanğıc ola bilməz

Bir ay əvvəl Kölndə Avropa çempionatı seçmə yarışlarının startında Almaniya yığması qarşısında açıq-aşkar aciz qalan (1:6) Azərbaycan milli komandasının futbolçuları, hər şeydən göründüyü kimi, həmin ağır məğlubiyyətdən lazımi nəticə çıxarmamışlar. Vyanada Avstriya ilə oyunda da böyük hesabla uğursuzluq belə düşünmək üçün ciddi əsas verir. Hərçənd Avstriya Almaniya deyil və onunla görüşdə futbolçularımızın rəqibə layiqli müqavimət göstərəcəklərini, hətta meydan sahibləri ilə bərabər səviyyədə mübarizə aparacaqlarını gözləmək olardı.
Ancaq yenə hər şey gözlənilənin əksinə oldu. Artıq oyunun lap əvvəlində, 3-cü dəqiqədə Sebastian Prodlın başla dəqiq zərbəsi ilə hesabı açan Avstriya futbolçuları görüşün ortalarında və sonunda Marko Arnautoviçin daha iki qolu ilə hesabı 3:0-a çatdırıb, ardıcıl ikinci qələbələrini qazandılar.
Azərbaycan komandası isə ikinci ağır məğlubiyyət nəticəsində turnir cədvəlində sonuncudan əvvəlki pilləni də itirərək axırıncı yerə düşmüşdür. Qibtəedilməz vəziyyətdir. Berti Foqtsun yetirmələrinin bu vəziyyətdən çıxa bilib-bilməyəcəklərini zaman göstərəcək.
İki oyunda öz qapısında doqquz qol görüb, rəqiblərin müdafiə xəttini yalnız bir dəfə yara bilən yığmamızın "Ernst Happel" stadionunu məğlubiyyətlə tərk etdiyi dəqiqələrdə Türkiyə futbolçuları da rəqib meydanında Almaniyaya 0:3 hesabı ilə uduzmuş və almanlar növbəti qələbə sayəsində "A" qrupunda vahid lider olmuşlar. Qazaxıstan komandası isə öz azarkeşləri qarşısında Belçikaya uduzmuşdur - 0:2.
O Q H M T X
Almaniya 3 3 0 0 10-1 9
Avstriya 2 2 0 0 5-0 6
Türkiyə 3 2 0 1 6-5 6
Belçika 3 1 0 2 4-4 3
Qazaxıstan 3 0 0 3 0-7 0
Azərbaycan 2 0 0 2 1-9 0
Komandamızı belə bir vəziyyətdə görmək təəssüf hissimizi bir də ona görə ikiqat artırır ki, yaxın xaric komandaları bizdən fərqli, inamlı qələbələr qazanırlar. Təkcə onu deyək ki, elə bir futbol ənənələri olmayan Estoniya evdə də yox, səfərdə Serbiya komandasına qalib gələrək (3:1) üç oyundan sonra 6 xalla "C" qrupunun turnir cədvəlində ikinci mövqeyə yüksəlmişdir...
Qruplarda növbəti oyunlar oktyabrın 12-də keçiriləcək. Həmin gün "A" qrupunda Azərbaycan-Türkiyə görüşü ilə yanaşı, Qazaxıstan-Almaniya və Belçika-Avstriya matçları oynanılacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında