“Bura həm Romadır, həm Parisdir, həm London”

Bakının gözəlliyi Ben Groundwateri heyrətə saldı

Avstraliyanın traveller.com.au internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Groundwater Azərbaycandakı təəssüratları barədə yazıb.

APA-nın məlumatına görə, Azərbaycanı parlaq gələcəyə, sürətli inkişaf dinamikası və təbii gözəlliyə malik ölkə adlandıran müəllif buranı mədəniyyətlərin qovşağı adlandırıb. Şəhər barədə danışarkən Bakının tanınmış Avropa şəhərlərindən geri qalmadığını deyən müəllif, “bura həm Romadır, həm Parisdir, həm London deyərək heyrətini gizlətməyib.

 Jurnalist binaların Qərb memarlığına çox yaxın olduğunu, lakin Şərq görkəmində olmasını heyrətamiz adlandırıb. Məqalədə Alov qüllələrinin müasir Azərbaycanın müasir rəmzi olduğu vurğulanıb. Azərbaycanın zəngin ölkə olduğunu qeyd edən media nümayəndəsi ölkədə çoxlu sayda brend mağazaların olduğunu, onların əksəriyyətinin alıcılarla dolu olduğunu vurğulayıb. Məqalədə Bakı barədə “Yeni Dubay” kəlməsi işlədilir və ölkədə keçirilən Avropa Oyunlarının məqsədinin həm də, Azərbaycanın imicini daha da yüksəltmək olduğunu yazır.

Azərbaycanlıların dünyada güləş və boksda fəal olması, eləcə də “Eurovision-2011”dəki qələbəsi ilə yadda qaldığı, Azərbaycana gəlməyin turistlər üçün də rahat olduğu, viza proseslərində müəyyən sadələşdirilmələr aparıldığı qeyd edilir. Ölkəyə hətta “Kristal hall”da keçirilən konsertlər üçün gələnlər olduğu da vurğulanır.

Ben yazır ki, Azərbaycanın zəngin mədəniyyətinin özünü mətbəxində, xalçalarında, gözəl İçərişəhərdə və minilliklərlə yaşı olan Qız qalasında, eləcə də karvansaraylarda  əks etdirir. Ölkədə 11 iqlimdən 9-nun yer aldığını deyən jurnalist  regionlardakı təbii gözəlliyi də qeyd edir. Heydər Əliyev Mərkəzi isə Benin də ifadə etdiyi kimi,  özünün bəyaz dalğaları ilə onu heyrətə gətirib. Azərbaycanın məhz bu mərkəz kimi, qeyri adiliyi və cəsarəti ilə yaddaşlarda qalan ölkə olduğunu vurğulayan müəllif Naftalanın müalicəvi nefti, Qobustan dövlət qoruğu, Şəki şəhəri, Yanardağ və Şahdağ istirahət mərkəzini Azərbaycanda görməli yer kimi ilk “5-lik”də sıralayır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında