Yevgeni SLYUSARENKO: Bakı 2024-cü və ya 2028-ci il Yay Olimpiya Oyunlarının favoritlərindəndir

Rusiyanın www.championat.com idman portalında şərhçi Yevgeni Slyusarenkonun birinci Avropa Oyunlarına həsr olunan “Bakıda Avropa Oyunları: Olimpiada burada olacaq” adlı məqaləsi dərc edilib.

Y.Slyusarenko Avropa Oyunlarını müxtəlif aspektlərdən qiymətləndirərək bu mötəbər idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

“Bakı-2015"in miqyasına və təşkilatçılığına görə Olimpiya Oyunları ilə eyni səviyyədə olduğunu deyən müəllif yazır: ”Belə görünür ki, məhz Bakı 2024-cü və ya 2028-ci ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizədə əsas favoritlərdən biridir. Buradakı yarışlara və yaşayış komplekslərinə baxsaq, belə təsəvvür yaranır ki, biz böyük bir Olimpiya paytaxtındayıq - əgər 2024-cü ildə olmasa, 2028-ci ildə mütləq".

Müəllif qeyd edir ki, birinci Avropa Oyunları üçün Bakıda hazırlanmış istənilən arena lazım gəlsə çox asanlıqla Olimpiya tələblərinə uyğunlaşdırıla bilər: “Bu baxımdan, növbəti illər əla test olacaq: 2016-cı ildə Bakı küçələrində ”Formula-1" yarışları təşkil olunacaq. Bu fakt Bakı yollarının vəziyyəti haqqında təsəvvür yaratmağa imkan verir. 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir neçə oyunu da Bakıda baş tutacaq".

Y.Slyusarenko məqalədə, həmçinin Bakıda müşahidə etdiyi müsbət məqamları diqqətə çatdıraraq yazır: “Avropa Oyunları ilə bağlı, istəsən belə, nöqsan tapmaq çətindir. Yarışlarda tribunalar ağzına qədər dolur, insanlar ürəkdən azarkeşlik edirlər, şəhər parlaq təəssüratlar doğurur. Dəniz sahili fantastikdir, insanlar mehribandırlar, çoxları, - hətta gənclər də, - rusca danışa bilirlər.

Könüllülər? Onlar mane olmurlar, əksinə kömək edirlər, sağ olsunlar. Təhlükəsizlik? Dövlət tərəfindən təmin olunur. Hər addımda təhlükəsizlik əməkdaşları olsa da, bu, narahatlıq yaratmır".

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

http://www.championat.com/other/article-224743-pervye-itogi-evropejskikh-igr-v-baku.html

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında