Marina LİTVİNÇUK: Bakıda Avropa Oyunları yüksək səviyyədə təşkil olunub

Belarus Respublikasının avarçəkənləri və yunan-Roma güləşi üzrə yığma komandası “Bakı-2015”-də çıxışlarını başa vurub Minskə qayıtdıqdan sonra baydarkalarda avarçəkmə yarışlarında ilk Avropa Oyunlarının ikiqat çempionu Marina Litvinçuk (o, iki məsafədə qızıl medal qazanmışdır) Belarus Teleqraf Agentliyindən olan həmkarlarımıza müsahibə verib.

Çempion müsahibəsində Bakıda Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu, uğurlarına yaxınlarının, qohumlarının, dostlarının möhkəm dəstəyinin də kömək etdiyini bildirib.

M.Litvinçuk daha sonra deyib: – Əlbəttə, Avropa Oyunlarının Belarusda keçirilməsi də çox yaxşı olardı. Bizdə də çoxlu müxtəlif arena var. Belarusda tələbələr arasında avarçəkmə üzrə dünya çempionatı keçirilib. Ünsiyyətdə olduğum müxtəlif ölkələrin idmançıları Minskdə onların qəbulundan, qidadan çox razıdırlar. Bu səbəbdən də düşünürəm ki, Belarus 2019-cu ildə ikinci Avropa Oyunlarını keçirməyə iddiaçı ola bilər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında