Oleq ZAPOROJÇENKO: Birinci Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir

Birinci Avropa Oyunları Olimpiya standartlarına uyğun keçirilir.

Bu sözləri “Vestnik Kavkaz” portalına açıqlamasında SSRİ-nin əməkdar idman məşqçisi, Rusiyanın batut gimnastikası üzrə komandasının baş məşqçisi Oleq Zaporojçenko deyib. O bildirib ki, Oyunların təşkilatçılıq səviyyəsi də beynəlxalq standartlara uyğundur.

“Bakıda hər cür şərait yaradılıb. Hətta avtobuslarla bağlı hər 10 dəqiqədən bir mesajlar gəlir. Gözəl idman obyektləri var. Ən əsası insanlar qonaqpərvərdir. Bunlar hamısı çox gözəldir”, - deyə rusiyalı baş məşqçi qeyd edib.

O.Zaporojçenko hesab edir ki, “Bakı-2015" Avropa xalqlarını daha da yaxınlaşdırmağa kömək edəcək: “Bu yarışlar Avropa xalqlarını yaxınlaşdırır. Burada həm idmançılar, həm də məşqçilər bir-birinə hörmətlə yanaşırlar. Bu cür ünsiyyət bir-birinə hörmətin və mədəniyyətin göstəricisidir".

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında