Akrobat gimnastların yarışlarında qızıl medalları Belçika və Rusiya idmançıları qazanıblar

Milli Gimnastika Arenasında qızlardan ibarət komandaların və qarışıq cütlüklərin çoxnövçülük üzrə final görüşləri keçirilib.

 Komanda yarışlarında 11, qarışıq cütlüklərin mübarizəsində isə 8 ölkə təmsilçisi qüvvəsini sınayıb. Azərbaycan gimnastlarının da iştirak etdikləri bu yarışların qalibi 86,480 xal toplayan Belçika komandası olub. Rusiya akrobatları 85,430 xalla ikinci, Belarus akrobatları 84,610 xalla üçüncü yerləri tutublar. Qalib komandalara medalları Avropa Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitələri Assosiasiyasının üzvü Aleksandr Kozlovski təqdim edib. Qarışıq cütlüklərin çoxnövçülük yarışlarının finalında isə ən yüksək nəticəni rusiyalı idmançılar göstərib. Yelena Velikova və Aleks Zekov 86.180 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gümüş medalı Belçika idmançıları Yana Vestavel və Solano Qassamojor (86,180 xal), bürünc medalı isə Böyük Britaniya akrobatları Hannah Bauhn və Ryan Bartlett (85,160) qazanıblar. Qaliblərə medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib. İyunun 21-də akrobati gimnastlar temp və balans hərəkətləri üzrə medallar uğrunda yarışacaqlar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında