“İFAM ON THE STAGE” layihəsinin xüsusi qonağı Avropa Oyunlarında ilk çempionumuz Firdovsi Fərzəliyev oldu

“Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədi daşıyan “İFAM ON THE STAGE” layihəsi davam edir. İyunun 18-də layihənin xüsusi qonağı birinci Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran karateçi Firdovsi Fərzəliyev olub. Layihə çərçivəsində Bakının Fəvvarələr Meydanında quraşdırılmış səhnəyə çıxan karateçi möhtəşəm idman tədbirində iştirak etməkdən qürur duyduğunu bildirib. İdmançımız paytaxtımızın sakinləri ilə birgə Azərbaycanın Dövlət himnini oxuyub. Sonra birlikdə şelfi çəkdirilib.

Jurnalistlərə müsahibə verən Firdovsi Fərzəliyev qələbə qazandığı anları xatırlayaraq deyib: “Sevincimin həddi-hüdudu yox idi. Yarış anlarında təkcə mənim deyil, komandamızın keçirdiyi əziyyətlər gözlərimin qarşısında canlanırdı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Şübhəsiz ki, hər idmançıya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən medalın təqdim edilməsi qismət olmur. Lakin bu, mənə nəsib oldu. Buna görə özümü xoşbəxt hesab edirəm”.

“İFAM ON THE STAGE” Azərbaycan dilində “mənim ifam”, ingilis dilində isə “if i am on the stage”, yəni “əgər mən səhnədə olsaydım” mənasını verir. Bu səhnə “Bakı-2015” ilk Avropa Oyunlarını dəstəkləyən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da insanlar qarşısında ifa etmək imkanı yaradır. Səhnədə müxtəlif dillərdə pop, rok, rep, eləcə də xalq mahnılarını oxumaq olar. Rəqs qabiliyyətinə malik şəxslər isə yerli və xarici rəqs nömrələrini nümayiş etdirə, tamaşaçıların alqışlarını qazana bilərlər. Paytaxtımızın sakinləri ilə yanaşı, qonaqlarına da öz məharətlərini göstərmək imkanı yaradılır.

İfaçılar “İFAM” səhnəsinə çıxmaq üçün əvvəlcədən müraciət edərək qeydiyyatdan keçirlər. Daha sonra onlar mikrofon qarşısına keçərək öz bacarıqlarını nümayiş etdirirlər. Səhnə, həmçinin izləyicilər üçün müsbət əhvali-ruhiyyə vəd edir. Peşəkar aparıcının maraqlı müsabiqələrinin iştirakçısı olmaq, Avropa Oyunları ilə bağlı ən son yeniliklərdən xəbər tutmaq, DJ tərəfindən təqdim edilən rəngarəng musiqi nömrələrindən zövq almaq üçün səhnənin yaxınlığında olmaq kifayətdir.

“İFAM” xalq səhnəsi Avropa Oyunları başa çatana qədər hər gün saat 17-dən 21-dək mahnı oxumaq, rəqs etmək, şeir demək qabiliyyətinə malik, eləcə də asudə vaxtını səmərəli keçirmək istəyən hər kəsə açıqdır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında