Azərbaycan gimnastı “Bakı-2015” birinci Avropa Oyunlarında gümüş medal qazanıb

İyunun 18-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə fərdi çoxnövçülük yarışlarının qalibləri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, Azərbaycan gimnastı Oleq Stepko 89,065 xal toplayaraq gümüş medala layiq görülüb. Qızıl medalı ukraynalı Oleq Vernyayev qazanıb (90,332), Rusiya təmsilçisi Nikita İqnatyev (87,365) bürünc medalla kifayətlənib.

Qadınlar arasında idman gimnastikasının fərdi çoxnövçülük yarışlarının nəticələrinə görə, rusiyalı Aliya Mustafina (58,566) qızıl medala sahib olub. İsveçrəli Giyuliya Steingruber (56,699) gümüş, niderlandlı Liyeke Şevers (55,065) bürünc medal qazanıblar.

Qaliblərin mükafatlandırılması mərasimində kişi idmançılara medalları Azərbaycanın birinci xanımı, Gimnastika Federasiyasının prezidenti, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında