“BBC” Böyük Britaniya komandasının qazandığı qələbələri işıqlandırır

Böyük Britaniyanın “BBC” telekanalı bu ölkənin komandasının “Bakı-2015” birinci Avropa Oyunlarında qazandığı uğurları geniş işıqlandırır.

Taekvondo üzrə yarışlarda britaniyalı Çarli Meddokdan sonra Ceyd Cons da birinci Avropa Oyunlarının çempionu tituluna sahib çıxıb. C.Consun uğuru “BBC” kanalının rəsmi portalında geniş işıqlandırılıb. Portalda yerləşdirilən məqalədə bildirilir ki, 57 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edən 22 yaşlı C.Cons ilk dəfə keçirilən Oyunlarda qalibiyyət sevincini “BBC Sport”-un müxbiri ilə bölüşərək deyib:

“Qızıl medal qazanmaq özümə olan inamımı daha da artırır. Yenidən fəxri kürsünün birinci pilləsində olmağıma görə çox xoşbəxtəm. Yeniyetmələrin Olimpiya Oyunları, Olimpiada və Avropa Oyunlarının qalibiyəm. Bu yuxu kimidir”.

Qeyd edək ki, titullu taekvondoçu həm də “Bakı-2015" birinci Avropa Oyunlarının beynəlxalq atlet elçilərindən biridir. O, müsahibəsində birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında