Viktor LEBEDEV: I Avropa Oyunlarında zəif idmançı yoxdur

İlk Avropa Oyunlarında güclü idmançılar yarışır. Burada zəif atlet yoxdur. Trend-in məlumatına görə, bunu rusiyalı güləşçi, ikiqat dünya çempionu Viktor Lebedev “Sport-express.ru” saytına müsahibəsində deyib.

Lebedev qeyd edib: “Mən çox şadam ki, Avropa Oyunlarında iştirak edirəm. Mükəmməl Atletlər kəndi, yaxşı düşünülmüş nəqliyyat xidməti var. Düzdür, mən bu vaxta qədər Olimpiya Oyunlarında iştirak etməmişəm. Amma Bakı-2015-dəki yarışlara qatılmaq maraqlıdır. Bu, mənim üçün Las-Veqas yarışları öncəsi yaxşı hazırlıq imkanı oldu”.

Rusiyalı idmançı bildirib ki, əsas hədəf - dünya çempionatıdır. Və ilk Avropa Oyunlarında iştirak onu hədəfə bir qədər də yaxınlaşdırıb.

Qeyd edək ki, V.Lebedev Avropa Oyunlarında 57 kq çəki dərəcəsində sərbəst güləş yarışlarının qalibidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında