Azərbaycanda Olimpiya Oyunlarının ruhu hiss olunur

Tofiq Bəhramov adına Respublika Stadionunda kamandan oxatma üzrə qadınlar arasında komanda yarışlarının qalibi olan İtaliya yığmasının üzvləri Natalia Valeeva, Elena Tonetta və Guendalina Sartori təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

İlk Avropa Oyunlarına köhnə qitənin ən sərrast atıcılarının qatıldığını bildirən N.Valeeva buna baxmayaraq, dəqiq atışlarla birinciliyi əldə etdiklərini bildirdi. O, Oyunların yüksək səviyyədə  təşkil olunduğunu vurğulayaraq dedi: “Azərbaycan həqiqətən də təşkilatçılıq baxımından nümunə göstərir. Burada hər şey dəqiqliklə nəzərə alınıb. Hər bir atlet burada özünü evindəki kimi rahat hiss edir. Qonaqpərvərliyinizə isə söz ola bilməz. Azərbaycan Prezidentinin idmançılara diqqət və qayğısı bizi heyran etdi”.

Qızıl medal sahibi olan Elena Tonetta sevincini paylaşaraq bildirdi: “Burada zəif iştirakçı  yoxdur. Sevinirik ki, ilk Avropa Oyunlarının qızıl medalı bizə nəsib oldu. Ölkənizdə bizə göstərilən diqqət və qayğını xüsusi vurğulamaq istərdim. Azərbaycanda Olimpiya Oyunlarının ruhu hiss olunur. Həqiqətən də hər şey yüksək səviyyədədir”.

“Mən də sevinc hisslərimi bölüşürəm. Rəqiblərimiz güclü idilər. Lakin sonda şans bizimlə oldu. Ümid edirəm ki, fərdi yarışlarda da uğurlu nəticələr göstərəcəyik”, - deyən Guendalina Sartori könüllülərin fəaliyyətindən razı qaldığını diqqətə çatdırdı. O, Azərbaycanın idman ölkəsi olduğunu bildirərək, respublikamızda beynəlxalq yarışlara ev sahibliyi etmək ənənəsinin formalaşdığını vurğuladı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında