Mariya QROZDEVA: Heç bir ölkə Avropa Oyunlarını Azərbaycan kimi keçirə bilməz

“I Avropa Oyunları Olimpiya səviyyəsində keçirilir. Heç bir ölkə Avropa Oyunlarını Azərbaycan kimi təşkil edə bilməz”.

Bu barədə Trend-ə atıcılıq yarışlarında çıxış edən Bolqarıstan idmançısı Mariya Qrozdeva deyib.

İdmançı I Avropa Oyunlarının açılış mərasimində Bolqarıstan nümayəndə heyətinin bayraqdarı olduğunu bildirib: “Hər şey çox gözəl idi. İdmançıların təntənəli yürüşündə iştirak etdim və deyə bilərəm ki, hər şey Olimpiya Oyunlarına oxşayırdı. Tədbirin təşkilat məsələləri çox xoşuma gəlir. Bəlkə də növbəti Avropa Oyunları Azərbaycandakı kimi yüksək səviyyədə təşkil olunmayacaq”.

M.Qrozdeva Azərbaycanda ilk dəfə olmadığını da deyib: “Ötən il Qəbələdə olmuşdum, indi isə Bakını gördüm. Şəhər çox xoşuma gəldi. Dənizkənarı bulvarda, İçərişəhərdə oldum. Buralar çox gözəldir”.

Çıxışına münasibət bildirən idmançı yaxşı nəticələrə imza atmadığını dilə gətirib: “Təəssüflər olsun ki, yüksək nəticə göstərə bilmədim. Bununla belə, özümü göstərməyə şansım var. İyunun 19-u və 20-də atıcılıq üzrə yarışlarda mübarizəni davam etdirəcəyəm. Qələbəyə köklənmişəm və ümid edirəm ki, yaxşı nəticə göstərə biləcəyəm”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında