Natali QULE: Azərbaycana qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir

“Cənubi Qafqazda suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır”

APA-nın “opinion-internationale.com” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Fransa Senatının üzvü Natali Qule deyib. Onun sözlərinə görə, bəzi tənqidçilər Azərbaycanda “demokratik dəyərlər”in tanınmadığını iddia edirlər: “Azərbaycan 24 yaşlı çox gənc bir ölkədir. Aşkar şəkildə Ermənistanla müharibə şəraitindədir, tez-tez ölüm halları baş verir. Amma bu barədə danışılmır”. 

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə demokratik dəyərlərin təkmilləşdirilməsi sahəsində işləyir: “Seçki prosesi təkmilləşdirilib. Əlbəttə ki, problemlər hələ də var. Lakin ölkəyə qarşı kampaniya artıq qıcıq doğurur və qeyri-konstruktivdir. Bəli, bütün Avropa ölkələri, o cümlədən İsrail İslam Konfransına daxil olan ölkədə keçirilən oyunlarda təmsil olundu. Ermənistan da həmçinin Azərbaycan hökumətinin və erməni idmançıların cəsarətli addımı ilə bu oyunlarda iştirak etdi”.

Senatorun sözlərinə görə, geostrateji baxımdan Azərbaycan Avropa ilə müttəfiqdir: “Cənubi Qafqazda real suverenliyini saxlayan yeganə ölkə Azərbaycandır. Bu ölkə həmçinin neft, qaz və kənd təsərrüfatı sahəsində də Fransa üçün mühüm ticarət tərəfdaşıdır.  Azərbaycan sürətlə inkişaf edir. 1918-ci ildən Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Tamamilə dünyəvi respublikadır. Burada yəhudi icması, xristian kilsəsi var, xristianlarla heç bir problem yoxdur. İslam Konfransına aid bir ölkə olmasına baxmayaraq, İsrail ilə sıx diplomatik əlaqələri var. Burada heç vaxt antisemitizm problemləri olmayıb. Azərbaycan radikal islama qarşı mübarizə aparır və İŞİD-ə qarşı müttəfiqlər arasında yer alır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında