Ronald KRAMER: Azərbaycanın bu cür uğurlu təcrübəsi örnək olacaq

Avropa Stolüstü Tennis Birliyinin rəhbəri Ronald Kramer “Bakı-2015" birinci Avropa Oyunlarının təşkilatçılarına minnətdarlığını bildirib.

R.Kramer Rusiyanın “ttsport.ru” portalına müsahibəsində gənc müstəqil ölkə olan Azərbaycanın birinci Avropa Oyunlarını təşkil etməklə qarşıya qoyulan məqsədə çatdığını bildirib.

“Avropa Oyunları həm də ona görə vacibdir ki, burada qalib gələn atletlər Rio Olimpiadasına vəsiqə qazanırlar. Əslində, bu Oyunların formatı Federasiya rəhbərləri üçün yenilikdir və bu tədbir idmanın Avropada daha vacib sahə kimi qəbul olunmasına imkan verəcək. Təşkilatçılıq yüksək səviyyədədir. Hər şey öz qaydasında gedir. Əsas məqsəd Avropa Oyunlarını beynəlxalq təqvimə salmaqdır. Burada xüsusilə könüllülük fəaliyyətini vurğulamaq istəyirəm. Əminəm ki, Azərbaycanın bu cür uğurlu təcrübəsi örnək olacaq”, – deyə R.Kramer müsahibəsində vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında