Olqa KAZAKOVA: “Avropa Oyunlarının keçirildiyi vaxtda Bundestaqda anti-Azərbaycan qətnaməsinin qəbulu anlaşılan deyil”

“Azərbaycan gəncliyi Rusiya ilə dostluğa köklənib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Parlamentskaya qazeta”da keçirilən “Azərbaycanda birinci Avropa Oyunları. Siyasi aspekt” adlı dəyirmi masada çıxış edən Rusiya Dövlət Dumasının deputatı, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin sədr müavini Larisa Yakovleva bildirib.

“Əminəm ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qorunub saxlanılacaq. Orada uşaqlıqdan rus dilini öyrədirlər”, – deyə o, söyləyib.

Dəyirmi masada çıxış edən digər rusiyalı deputat, İctimai Birliklər və Dini Təşkilatlar üzrə Komitənin sədr müavini Olqa Kazakova Avropa Oyunlarının keçirilməsinin bütün dünya ictimaiyyəti üçün xeyirli olduğunu vurğulayıb: “Yarışların yaxşı perspektivi var. Çox yaxşıdır ki, Azərbaycanda keçirilən Birinci Avropa Oyunları belə yüksək nəticə verdi. Oyunların açılış mərasimi “ailəvi” və dostcasına alındı”.

Açılış mərasiminin möhtəşəm təşkil olunduğunu qeyd edən Olqa Kazakova bu işdə “qadın əli”nin hiss olunduğunu deyib: “Həmin vaxtda Bundesataqda anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi anlaşılan deyil. Hesab edirəm ki, biz və avropalılar azərbaycanlı həmkarlarımıza oxşamağa çalışmalıyıq”.

Rusiyalı deputat Avropa oyunlarının talismanları barədə də danışıb: “Ceyran və nar. Bundan yaxşısını fikirləşmək olmazdı. Azərbaycanda keçirilən Avropa Oyunları birləşdirə bilən idman hadisəsinə daha bir addımdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında