“Bakı-2015”: Kamandan oxatma yarışlarında ilk qızıl medal İtaliyanın hesabına yazılıb

İyunun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarının növbəti mərhələlərinə start verilib. Mübarizəyə qadınlar arasında komanda yarışlarının səkkizdəbir final mərhələsindən başlanılıb.

Bu mərhələdə Azərbaycan-Almaniya, Belarus-İspaniya, Gürcüstan-Böyük Britaniya, Hollandiya-Ukrayna, İtaliya-Yunanıstan, Polşa-Danimarka, Fransa-Türkiyə, İsveçrə-Rusiya görüşləri keçirilib. Sərrast atışlardan sonra dörddəbir final mərhələsində iştirak edəcək komandalar məlum olub. Belə ki, iyunun 18-də Almaniya millisi Belarus, Gürcüstan yığması Ukrayna, İtaliya komandası Danimarka, Fransa kollektivi isə Rusiya ilə üz-üzə gələcək.

Kişilər arasında komanda yarışının dörddəbir mərhələsində qarşılaşacaq komandalar da müəyyənləşib. Səkkizdəbir mərhələnin yekun nəticələrinə əsasən, iyunun 18-də İspaniya-Belarus, Fransa-Almaniya, Ukrayna-İtaliya, Hollandiya-Rusiya yığmaları qarşılaşacaq.

“Bakı-2015"-də oxatma üzrə qarışıq komanda yarışlarının birincisi də müəyyənləşib. Finalda İtaliyanı təmsil edən Natalia Valeeva və Mauro Nespoli gürcüstanlı  Xatuna Nərimanidze - Laşa Pxakadze cütlüyündən üstün olublar. Beləliklə, ”Bakı-2015"-in kamandan oxatma yarışlarında ilk qızıl medal İtaliyanın hesabına yazılıb.

Bürünc medal uğrunda mübarizədə isə Ukrayna və Sloveniya atletləri üz-üzə gəliblər. Bu mübarizədə Lidiya Sıçenikova və Georgi İvanitski (Ukrayna) Sloveniyadan olan Ana Umer-Rok Bizjak cütlüyünə qalib gələrək bürünc medala sahib çıxıblar.

Sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi və Avropa Oxatma Federasiyasının vitse-prezidenti Vladimir Eşeyev təqdim ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında