Akrobat gimnastlarımız yarışların final mərhələsinə adlayıblar

Azərbaycan komandası akrobatika gimnastikası üzrə qızlar arasında keçirilən komanda və qarışıq cütlüklərin yarışlarında final mərhələsinə vəsiqə qazanıb.

Bakıda davam edən birinci Avropa Oyunları çərçivəsində iyunun 17-də Milli Gimnastika Arenasında keçirilən komanda yarışlarında 11, qarışıq cütlüklərin mübarizəsində isə 9 ölkə təmsilçisi qüvvəsini sınayıb. İdmançılar əsasən müvazinət və temp hərəkətlərini nümayiş etdiriblər.

Gün boyu davam edən yarışlarda azərbaycanlı gimnastlar qrupu (Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynova) ümumilikdə 54.82 xal toplayıb. Bu göstərici idmançılarımızın mübarizəni  davam etdirməsi üçün yetərli olub. Komanda yarışlarının təsnifat mərhələsində ilk üç yeri Belçika (57,82), Rusiya (56,91) və  Belarus (56,63) idmançıları tutub.

Beləliklə, final mərhələsində Azərbaycan komandası ilə yanaşı, Belçika, Rusiya, Belarus, Böyük Britaniya və Ukrayna akrobatları mübarizə aparacaqlar.

Azərbaycan təmsilçiləri Ulyana Dyakova və Anatoliy Leonov cütlüyünün müvazinət və temp hərəkətləri üzrə çıxışları isə ümumilikdə  52.27 xalla qiymətləndirilib. Bununla da idmançılarımız altıncı yerdə qərarlaşaraq finalda iştirak etmək hüququ qazanıblar.

Yarış cədvəlinə isə ümumilikdə 59.56 xalla Marina Şernova və Georgi Pataraya (Rusiya) cütlüyü başçılıq edir. Belçika idmançıları 57.52 xalla ikinci, Böyük Britaniya təmsilçiləri isə 56.81 xalla üçüncü yeri tuturlar. Qarışıq cütlüklərin final mərhələsində Azərbaycan idmançıları ilə bərabər Rusiya, Belarus, Böyük Britaniya, Ukrayna və Portuqaliya akrobat gimnastları yarışacaqlar.

Gimnastların növbəti çıxışı iyunun 19-da olacaq.

“Bakı-2015" birinci Avropa Oyunlarının proqramına daxil edilən iki qeyri-Olimpiya gimnastika növündən biri olan akrobatika gimnastikası üzrə yarışlar iyunun 21-dək davam edəcək. Bu yarışlarda qarışıq cütlərdə və qadın qruplarında 53 idmançı mübarizə aparır.a


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında