Soslan DAUROV: Təşkilatçılar çox sağ olsunlar!

“Bakı-2015" birinci Avropa Oyunlarında Belarus Respublikasına ilk medalları yunan-Roma güləşi ustaları Soslan Daurov (59 kq) və Viktor Sosunovski (80 kq) qazandırmışlar. Onlar müvafiq surətdə gümüş və bürünc mükafatlara sevinmişlər.

Həmin gün görüşlər başa çatdıqdan dərhal sonra Oyunların belaruslu qəhrəmanlarının Bakıda öz jurnalist həmvətənlərinə verdikləri müsahibələr bu ölkənin Milli Olimpiya Komitəsinin saytında yerləşdirilmişdir. Hər iki güləşçi öz uğurları və Azərbaycan paytaxtında yarış iştirakçıları üçün yaradılan şərait haqqında böyük razılıq hissi ilə söhbət açmışdır.

Soslan Daurov: – Oyunlarda çox gözəl şərait yaradılıb. Burada hər şey bizi sevindirir. Yarış sahiblərinə heç nəyi irad tutmaq olmaz. Biz hələ bundan yaxşı turnir görməmişik. Təşkilatçılar çox sağ olsunlar!

Viktor Sosunovski: Uğurumuza, medal qazanmağımıza o da kömək etdi ki, Bakıda hər şey yüksək səviyyədə təşkil olunub və yarışlar üçün əla şərait var.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında