“Azərbaycana təşəkkür edirik”

Sinxron üzgüçülük üzrə ilk medalçılar iyunun 15-də günün birinci yarısında müəyyən edildi. Qızıl medala layiq görülən duetlərin sərbəst yarışında rusiyalı cütlük Valeriya Filenkova və Dariya Kulagina əvvəldən “Bakı-2015" birinci Avropa Oyunlarının favoriti hesab olunurdu.

Mükafatlandırma mərasimindən sonra rusiyalı cütlük öz təəssüratlarını AZƏRTAC-a bölüşüb:

“Biz çox sevinirik ki, Rusiyanın hesabına daha bir medal əlavə etdik. Bizi dəstəkləyən və yanımızda olan hər bir kəsə təşəkkür edirik. Əvvəldən qızıl medal qazanacağımıza inamlı idik. Etiraf edək ki, Bakıda güclü rəqabət var idi, qalib olmaq elə də asan olmadı. Gələcəkdə də ölkəmiz üçün daim yüksək əyarlı medallar qazanacağımıza inamlıyıq. Belə yüksək səviyyədə Avropa Oyunlarını təşkil etdiyi üçün Azərbaycana təşəkkür edirik. İdmançılar üçün burda hər bir şərait yaradılıb və burada biz özümüzü evdəki kimi hiss edirik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında