Tarixi uğur, böyük nailiyyət

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər birimizdə sonsuz qürur hissi doğurur. Bu möhtəşəm tədbirə dəstək vermək hamımız üçün əhəmiyyətli və şərəflidir. Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi ona göstərilən etimaddan xəbər verir.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin də uğurlu nəticəsidir. Ölkə başçısının sözləri ilə ifadə etsək, biz bu Oyunları ən yüksək səviyyədə başa çatdıracağıq. “Biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır” - deyən ölkə başçısı bu Oyunların dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcəyini xüsusi vurğulamışdır: “İdmançılar bizi ardıcıl qələbələrlə sevindirirlər. Komandamızın tərkibində ölkəmizin ən güclü idmançıları var. Bütövlükdə, bütün xarici komandalarda da ən qabaqcıl idmançılar təmsil olunur”.

Görülən işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Gələcəkdə Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi vurğulanacaq. Bu da o deməkdir ki, respublikamız artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə ev sahibliyi etmiş ölkə kimi tarixə düşəcək. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır.

Azərbaycan idman dövlətidir. Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib.

Azərbaycanın hərtərəfli inkişafı və onun regionda tutduğu lider mövqeyi ölkəmizin bütün sahələrdə uğurlara imza atmasına, dövlətimizin yürütdüyü düzgün siyasətin təntənəsinə çevrilir. Respublikada idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir.

Ölkəmizdə I Avropa Oyunlarını  yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətdə görülən tədbirlər və reallaşdırılan layihələr sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və keyfiyyətlə yerinə yetirilir. Bu isə növbəti Avropa Oyunlarının standartlarını təyin edən ölkəmizi yenidən dünyanın diqqət mərkəzinə çevirir.

Elmar QASIMOV,
Bakı Ali Neft Məktəbinin
rektoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında