Gimnastika yığmamız bürünc medal qazanıb

Bu gün “Bakı-2015” I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışların ikinci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.

26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Komandamız yalnız Rusiya (178,963) və Ukraynadan (177,429) geri qalıb.

Bu, yığmamızın Oyunlarda 14-cü medalı olub. Bunadək komandamız 6 qızıl, 2 gümüş və 5 bürünc mükafata yiyələnmişdi.

Qeyd edək ki, fərdi yarışda Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov isə 69,665 xal yığıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında