Mariya STADNİK: “Mən vətənimdə mübarizə aparırdım, başqa çıxış yolum yox idi”

“Azərbaycan! Azərbaycan!

    Ey qəhrəman övladın

                  şanlı vətəni!

Nəhayət ki, dövlət himnimizi eşidə-eşidə müəyyən qədər öyrəndim. I Avropa Oyunlarında qızıl medal qazandığıma görə çox sevincliyəm.

Bu mənim üçün böyük şərəfdi. Birinci növbədə cənab prezident və onun ailəsi, xalqımız mənə azarkeşlik edirdilər. Mən də yaxşı güləşdim”. Bunu apasport.az saytına Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik deyib.

I Avropa Oyunlarında 48 kq çəki dərəcəsində mübarizə aparan Stadnik qızıl medal uğrunda görüşdə Bolqarıstan təmsilçisi Eltsa Yankovanı məğlub edib.

O, rəqiblərini vaxtından əvvəl məğlub etməsini belə əsaslandırıb: “Mən vətənimdə mübarizə aparırdım. Ona görə də bu əsas üstünlüyüm idi. Mənim başqa çıxış yolum yox idi. Göyün yeddinci qatındayam”.

Stadnikin sözlərinə görə, yarışda əsas rəqibi polşalı güləşçi İvona Matkovska olub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında