Cüdo üzrə qadınlar arasında dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir

Oktyabrın 9-da Bakı İdman Sarayında qadınlar arasında cüdo üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi keçirilmişdir.
İştirakçı komandaların paradından sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmaylov, Avropa Cüdo Federasiyasının rəsmisi Laszlo Tot, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov idmançılara uğurlar arzulamışlar.
İsmayıl İsmayılov bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim bədən tərbiyəsi və idmanın inkişafını dəstəkləmişdir. Bu gün həmin ənənə davam etdirilir və idmançılarımız son illər ərzində bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişlər. Bütün bunlar dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına göstərdiyi qayğının nəticəsində mümkün olmuşdur.
Avropa Cüdo Federasiyasının rəsmisi Laszlo Tot yarışın yüksək səviyyədə təşkili üçün Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirmiş və iştirakçılara uğurlar arzulamışdır. Azərbaycanda güclü idmançıların olduğunu söyləyən L.Tot respublikamızın qüdrətli idman ölkəsinə çevrildiyini diqqətə çatdırmışdır. Azərbaycanda mötəbər yarışların keçirilməsi üçün gözəl şəraitin olduğunu bildirən qonaq tikilən yeni idman mərkəzlərinin və komplekslərinin idmanın inkişafının göstəricisi olduğunu söyləmişdir.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov yarışı açıq elan etmiş, Azərbaycanın dövlət himni səslənmişdir.
Açılış mərasimi konsert proqramı ilə davam etmişdir.
İncəsənət ustalarının konsertindən sonra müxtəlif çəki dərəcələrində yarımfinal və final görüşləri keçirilmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında