İdman xəbərləri

"Çelenc" kuboku starta çıxır

{nl}

Bakının "Azərreyl" klubu qadın komandaları arasında Avropa Voleybol Konfederasiyasının "Çelenc" kuboku yarışlarına hazırlığın son mərhələsini başa vurmuşdur. Voleybolçularımız Türkiyədə keçirdikləri təlim-məşq toplanışı çərçivəsində iki yoldaşlıq görüşündə öz hazırlıq səviyyələrini yoxlamışlar. "Azərreyl" bu oyunlarda "Vaqifbank"a 3:1 və "Beşiktaş"a 3:0 hesabı ilə qalib gəlmişdir.
Bu barədə məlumat verən azerisport-un yaydığı xəbərdə həmçinin bildirilir ki, indi Azərbaycan paytaxtı voleybolçuları "Çelenc" kuboku uğrunda mübarizəyə başlayırlar. Komanda bu turnirdə ilk oyununu sabah Maltada yerli "Paola" klubuna qarşı keçirəcəkdir.
Kişilərdən ibarət "Azərneft" komandası da "Çelenc" kuboku turnirinə hazırlığı davam etdirir. Startda bu klubumuzun rəqibi Serbiyanın "Partizan" (Belqrad) komandasıdır. Tərəflərin razılığı ilə hər iki oyun oktyabrın 16-da və 17-də Bakıda keçiriləcəkdir. "Sərhədçi" Olimpiya İdman Mərkəzində baş tutacaq görüşləri türkiyəli və slovakiyalı hakimlər idarə edəcəklər.

{nl}

İspaniyadan Portuqaliyaya
Portuqaliyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə hazırlıq proqramı çərçivəsində İspaniyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası "Real" və "Barselona"nın vətənində növbəti yoldaşlıq görüşündə "Kadis" klubundakı yaşıdlarını da məğlubiyyətə uğratmışlar - 2:1. Bundan əvvəl futbolçularımız "Xeres" klubunun gənc yetirmələrinə qalib gəlmişdilər (3:1).
Portuqaliyada seçmə turniri isə artıq start ərəfəsindədir. Dörd rəqibin mübarizə aparacağı bu yarışda Azərbaycan yığması ilk oyunu oktyabrın 11-də meydan sahiblərinin komandasına qarşı keçirəcəkdir. Oktyabrın 13-də həmyerlilərimiz yunanıstanlı, bundan üç gün sonra isə gürcüstanlı rəqibləri ilə görüşəcəklər.

{nl}

Anand və daha üç qrossmeyster
Bu gün İspaniyanın Bilbao şəhərində dörd məşhur qrossmeysterin iştirakı ilə keçirilən "Böyük dəbilqə" beynəlxalq şahmat turnirinə start veriləcəkdir. Yarışda hindistanlı Vişvanatan Anand, norveçli Maqnus Karlsen, ispaniyalı Aleksey Şirov və rusiyalı Vladimir Kramnik mübarizə aparırlar.
Turnir iki dövrədən ibarətdir. Birinci turun görüşləri bu gün keçiriləcək, sonuncu, altıncı tur isə oktyabrın 15-nə təyin edilmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında