Qabriela SZABO: Gənc idmançıların öz güclərini sınamaları üçün gözəl fürsət

Birinci Avropa Oyunları start ərəfəsindədir. Yarışlara qatılan idmançıların hər biri Oyunların mükafatçısı omaq iddiasındadır. Rumıniya idmançıları da Bakıya medal almaq ümidi ilə gəlirbər. Bu ölkənin gənclər və idman naziri, Olimpiya çempionu Qabriela Szabo istəklərini gizlətməyib. O, idmançıların çox ciddi hazırlaşdıqlarını bildirib.

Olimpiya çempionu “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq işlərinə də münasibət bildirib. O deyib ki,  bizdə olan məlumata görə, yarışların keçirilməsi üçün yeni stadionlar tikilmiş və  idman kompleksləri yenidən bərpa olunaraq  beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır. İdmançılar üçün  Olimpiya kəndinin yaradılması barədə də məlumatlıyıq. Nazir bildirib ki, “Bakı 2015”-in Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın üzərinə götürdüyü vəzifəni yüksək səviyyədə yerinə yetirməsinin əvvəllər də şahidi olub. O, Heydər Əliyev Fondunun Rumıniyada humanitar, sosial, idman sahələrində, Azərbaycanın təbliği, iki xalq arasında əlaqələrin möhkəmlənməsində apardığı fəal işin yüksək qiymətə layiq olduğunu vurğulayıb. Q.Szabo Mehriban xanımın rəhbərlik etdiyi Təşkilat Komitəsinin bu möhtəşəm idman tədbirini də yüksək səviyyədə başa çatdıracağına əminliyini ifadə edib.

İlk Avropa Oyunlarının gənc idmançıların öz güclərini sınamaları üçün gözəl fürsət olduğunu deyən xanım nazir Azərbaycan dövlətinin idmanın inkişafına diqqət və qayğısı, sağlam cəmiyyətin qurulması istiqamətində nailiyyətlərini də  yüksək qiymətləndirib və Rumıniyanın bu idman yarışına böyük heyətlə qatıldığını  diqqətə çatdırıb.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında