“Bakı-2015” zamanı İçərişəhərə gələn əcnəbi turistlər məlumatsız qalmayacaq

“Bakı-2015” birinci Avropa Oyunları başlanır. Bu gün bütün dünyanın diqqəti Azərbaycanın paytaxtı Bakı şəhərinə yönələcək. Ölkəmizdə keçiriləcək bu möhtəşəm idman bayramı zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı məkanlardan biri də qədim İçərişəhər olacaq. Bu zaman qədim şəhəri gəzməyə gələn əcnəbi turistlər məlumatsız qalmayacaqlar.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Təhsil Nazirliyinin “Sabah” qruplarının dəstəyi ilə “Bakı-2015" birinci Avropa Oyunları zamanı yardım üçün könüllülərin aktiv fəaliyyətini də nəzərdə tutub. Üzərində ”Ask me" və “Here to help” yazılmış köynəklərdə gəzən könüllülər oyunlar zamanı İçərişəhərə gələn xarici turistlər, media nümayəndələrinə müvafiq köməklik göstərəcək. Könüllülər qonaqların daha çox olduğu yerlərdə dayanaraq, İçərişəhərdə yerləşən tarixi abidələr, tədbir və festivallarla bağlı məlumat verəcək, həm İçərişəhər, həm də “Bakı-2015"-lə bağlı sualları cavablandıracaqlar.

İyunun 30-dək saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək könüllüləri “Ask me” və “Here to help” yazılmış mavi rəngli köynəklərindən tanımaq mümkündür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında