“Atletiko”nun tanınmış futbolçuları Avropa Oyunları ilə bağlı azarkeşlərə müraciət ediblər

Bu gün start götürəcək “Bakı-2015” I Avropa Oyunlarına tanınmış futbol ulduzları da biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, İspaniyanın “Atletiko” klubunun futbolçuları Fernando Torres, Arda Turan, Tyaqo Mendeş, Yan Oblak, Antuan Qrizmann və baş məşqçi Dieqo Simeone yarışla bağlı videoçarxda çəkilib.

Ulduzlar azarkeşlərə müraciət edib, onları “Bakı-2015”-i izləməyə çağırıblar. Onlar azarkeşləri bu idman anını iştirakçı və qonaqlarla birgə yaşamağa dəvət ediblər. Bununla da, “Atletiko” formasında da təbliğ etdiyi Avropa Oyunlarına növbəti töhfəsini verib.

Belə ki, Madrid təmsilçisinin formasında “Baku-2015 1st European Games” yazısı əks olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında